“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
10 İyun 2019 15:09
1 064
Azərbaycan Dillər Universitetində (ADU) “CLS Azərbaycan dili” proqramı çərçivəsində təhsil alacaq əcnəbi tələbələrlə görüş keçirilib. Bu barədə universitetdən məlumat verilib.ADU-nun Amerika Mərkəzinin təşkilatçılığı ilə reallaşan görüşdə rektor Kamal Abdulla Azərbaycan dilinin və mədəniyyətinin zənginliyindən danışıb. Rektor deyib: “Azərbaycan son dərəcə sürətlə inkişaf edən gənc, müstəqil bir dövlətdir. Bu inkişaf hər sahədə özünü göstərir. Həm mədəniyyət, həm iqtisadiyyat, həm də sosial sahədə inkişaf davam edir. Bütün bunlar Azərbaycanın böyük potensialından və bu potensialdan Azərbaycan rəhbərliyinin düzgün istifadə etməsindən xəbər verir. Siz bunun şahidi olacaqsınız. Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların birlikdə mehriban şəkildə və qardaşlıq şəraitində yaşadığının şahidi olacaqsınız.”
Əcnəbi tələbələr “CLS Azərbaycan dili” proqramı çərçivəsində 8 həftəlik dərslərdə iştirak edəcəklər. Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də ölkəmizin mədəniyyəti, adət-ənənələri tanış olacaq, eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrini səyahət edəcəklər.
30 Dekabr 18:03
1 736
30 Dekabr 18:01
1 498
30 Dekabr 17:36
1 589