İmtahanların nəticələri iki həftə ərzində elan olunacaq Hadisə

İmtahanların nəticələri iki həftə ərzində elan olunacaq

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyunun 23-də keçirilmiş imtahanda istifadə edilən, qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Mərkəzdən bildirilib ki, imtahanların İmtahan bir çoxları üçün stres və gərginliklə müşayiət olunur. Çox vaxt sosial çevrənin təzyiqi altında imtahanların mənası təhrif olunur, nəticədə gənclər və yeniyetmələr yanlış olaraq imtahanlara özlərinin bir şəxs kimi dəyərinin müəyyən olunması vasitəsi kimi baxırlar. Bu cür yanaşma imtahanlardan əvvəl lazımsız dərəcədə psixoloji gərginliyə, imtahan zamanı təlaşa, sonra isə məyusluğa səbəb olur. Belə hallarda düşüncələrin düzgün idarə edilməsi və sosial çevrə ilə münasibətlərin tənsimlənməsi imtahan verənlərin gərginliyinin azalmasına, diqqətin və hazırlığın səmərəsinin artmasına, imtahan nəticələrinin yüksəlməsinə və alınan nəticələrdən düzgün nəticələr çıxarılmasına töhfə verə bilər.
Dövlət İmtahan Mərkəzi bütün bunları nəzərə alaraq imtahan verənlərə dəstək göstərmək məqsədilə yeni layihəyə start verib. Mərkəzdən bildirilib ki, layihə çərçivəsində psixoloji maarifləndirmə və dəstək xidməti verilir. İmtahanlarda iştirak edənlər imtahanlardan əvvəl, hazırlıq prosesində və imtahanlardan sonra 1653 qaynar xəttə zəng vuraraq 2 düyməsini basmaqla psixoloqlarla əlaqə yaradıb onlarla psixoloji xarakterli söhbətlər edə, öz qayğılarını paylaşa, eləcə də stresin və kənar təzyiqlərin idarə olunması, məqsədlərin aydınlaşdırılması və digər mövzularda məsləhət ala bilərlər. Xidmət həftəiçi hər gün saat 09:30-dan 17:30-a qədər fəaliyyət göstərir.nəticələri yaxın iki həftə ərzində elan olunacaq.