Paşinyan: Ermənilərin Qarabağa qayıtması sülh prosesinə təhlükə yarada bilər
Parlamentin komitə sədri: Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir
Büdcədə “Azərbaycan Nəşriyyatı” MMC-yə vəsait nəzərdə tutulmayıb
Dövlət büdcəsindən ilk dəfə “İctimai Nəqliyyat” Fonduna vəsait ayrılacaq
Cari əməliyyatlar balansı 2030-cu ilə kimi profisitli olacaq
25 İyun  2019 12:29
1 169
"Azərbaycanda dünən və bu gün çox isti müşahidə olunub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son 20 ildə ilk dəfədir iyun ayında belə yüksək temperatur qeydə alınıb: "Hesab edirik ki, bu da iqlim dəyişikliyinin təzahürüdür. Son 30 il ərzində Azərbaycanda orta temperatur göstəricisi 1.4 dərəcə artıb. Hesab edirəm ki, bu, çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahələrinə təsiri çox yüksəkdir".