3853 subbakalavr  ali məktəbə  imtahansız qəbul olmaq istəyir Hadisə

3853 subbakalavr  ali məktəbə  imtahansız qəbul olmaq istəyir

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elektron ərizələrin qəbulu internet vasitəsilə aparılır. İyunun 25-i saat 11:00-a olan məlumata görə, 3903 subbakalavr qeydiyyatdan keçib. Onlardan 3853 nəfərin ərizəsi təsdiqlənib.
Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatların sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.