 
                
                
                
             
                
                
                
            Paşinyan Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın yeni tərkibini təsdiqləyib
İstanbul Qəzzada atəşkəslə bağlı danışıqlara ev sahibliyi edəcək
Balakənin sabiq icra başçısı həbs edilib, mənimsəmə və rüşvət almada ittiham olunur
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
 4 İyul  2019 16:11
4 İyul  2019 16:11 4 711
4 711
Ötən gün bir neçə saat ərzində Votsap, Feysbuk, İnstaqram sosial şəbəkələrində problem müşahidə olunub və istifadəçilər foto, video yükləmə xidmətlərindən yararlana bilməyiblər. Problemin nədən qaynaqlanması ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Mövzu ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Feysbukun indiyə qədər məsələyə rəsmi aydınlıq gətirməməsi bu qlobal resursda ciddi proseslərin getdiyini göstərir:
“Çünki zaman-zaman belə hadisələr yaşananda səbəblərlə bağlı operativ şəkildə rəsmi açıqlama verilirdi. Son günlər bu qlobal resurs, yəni Feysbuk sosial media məkanında inhisarçı bir durum yaradıb. Son dövrlər şahidi olduq ki, bu inhisarçı durumdan manipulyasiya məqsədləri üçün də istifadə oluna bilir. Bu da ciddi fəsadlara gətirib çıxarır.
Hətta bir neçə dəfə bu qurumun rəhbərlərini Böyük Britaniya, Amerika, Avropa ölkələrinə dəvət etdilər ki, gəlin hesabat verin, görək nə baş verir. O zaman qurum rəhbərlərinin qarşısına tələblər qoyuldu. Hesab edirəm ki, baş verən problemlər qoyulan tələblərdən irəli gəlir. Ola bilər ki, hansısa dəyişikliklər aparılacaq və bu barədə də açıqlama vermək istəmirlər”.
O.Gündüz bildirib ki, bu qurum artıq liberallaşmağa getmək istəyir:
“Ola bilər ki, inhisarçılığından əl çəkəcək alətləri işə salmaq istəyir. Hesab edirəm ki, zamanla onların inhisarçı durumunun zəifləməsi istiqamətində müəyyən addımlar atıla bilər”.
 
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    