MN-dən xəbər saytlarına təpki: Hadisə

MN-dən xəbər saytlarına təpki:

"Çaşqınlıq yaratmayın!"

"Dezinformasiya yayan saytlara Müdafiə Nazirliyi dəfələrlə mövqe bildirib. Bununla bağlı nazirliyin rəsmi saytında sosial şəbəkə istifadəçilərinə, kütləvi informasiya vasitələrinə, elektron informasiya vasitələrinə düzgün məlumatların nazirliyin saytında yerləşdirildiyi barədə məlumat verilib. Buna baxmayaraq, kim nə istəyib onu da yazıb".
Bunu Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Dərgahlı deyib. O, dezinformasiya yayaraq cəmiyyətdə əlavə narahatlıq yaradan kütləvi informasiya vasitələri haqqında danışarkən onu da bildirib ki, bəzi mətbu orqanlar cəbhə bölgəsindən yanlış məlumat verməklə ictimaiyyət arasında çaşqınlıq yaradıblar.
"Belə vəziyyətlərdə jurnalistlər vətəndaş mövqeyindən çıxış etməli, hər bir məlumatı Müdafiə Nazirliyindən dəqiqləşdirdikdən sonra yaymalıdırlar. Bir daha vurğulamaq istəyirəm ki, dəqiq informasiya rəsmi saytda açıqlanır".