“Bu səfər Ukraynanın beynəlxalq danışıqlar masasındakı mövqeyini gücləndirir”
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub
Vüqar Rəhimzadə: Azad Qarabağımız və Şərqi Zəngəzurumuz mərhələ-mərhələ doğma sakinlərinə qovuşur
Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş müraciət edib
23 Avqust 2019 12:00
2 849
Tokio (Yaponiya) Universitetinin daş emalı texnologiyası üzrə ixtisaslaşmış tədqiqatçısı Fumika İkeyama AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda saxlanılan Azərbaycanın neolit dövrü məskənlərində aşkar edilmiş obsidiandan (dəvəgözü, maqmatik dağ suxuru, vulkanik şüşənin bir növü) hazırlanmış çoxsaylı alətlərin trassoloji analizini aparıb.
İnstitutdan verilən məlumata görə, əsas məqsəd Azərbaycan ərazisində neolit dövründə yaşamış qədim əhali tərəfindən daş alətlərin (kəsicilər və qaşovlar) hazırlanma texnologiyasının öyrənilməsi, istər Cənubi Qafqaz, istərsə də Ön Asiya ərazisində neolit daş emalı texnologiyalarının oxşar və fərqli cəhətlərinin aşkar edilməsi olub.
Tədqiqata əsasən Göytəpə, Hacıələmxanlı və Damcılı abidələrindən tapılmış materiallar cəlb edilib.
Qeyd edək ki, yaponiyalı tədqiqatçı F.İkeyama bu ilin iyul-avqust aylarında Avey dağının şərq ətəyində yerləşən Damcılı düşərgəsində tədqiqatlar aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının
