Rusiya-Ukrayna müharibəsi: Rusiyanın resursları azalır?
11 Mart 23:50
11 Mart 23:50
11 Mart 23:40
5 Yanvar 2020 13:31
2 275
Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş İdarəyə iki nəfərin sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının paytaxtın Nizami rayonunda keçirdikləri əməliyyat tədbiri zamanı həmin şəxslər - əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakinləri Hüseyn Dadaşov və Ziya Qasımzadə tutulublar. Onların üzərində şəxsi aparılan zaman külli miqdarda - 47,691 qram heroin və 40,063 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər istintaqa şəxsiyyəti məlum olmayan Mehdi adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə ediblər. Daha sonra H.Dadaşov və Z.Qasımzadə narkotik vasitələrin sosial şəbəkələrdə satışını həyata keçiriblər. Həmin şəxslər narkotik vasitələri paytaxtın müxtəlif yerlərinə qoyaraq həmin ünvanın şəklini çəkib onlardan heroin və ya metamfetamin alan şəxslərə göndəriblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
11 Mart 21:53
1 092
11 Mart 15:14
1 274
11 Mart 12:41
1 372



