Azərbaycanda 30 minə yaxın erməni yaşayır Hadisə

Azərbaycanda 30 minə yaxın erməni yaşayır

Komitə sədri: "Ermənistan işğalçı siyasətini din pərdəsi altında malalamaq istəyir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanla Ermənistan arasında münaqişə dini məsələ deyil.
"Azərbaycanda müxtəlif dinlər, millətlər dinc, yanaşı yaşayır. Bu, Ermənistanın təcavüzüdür. Ermənistan bunu din pərdəsi altında malalamaq istəyir" - deyə komitə sədri qeyd edib.
O, qeyd edib ki, Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Onların Bakının mərkəzindəki dini məbədi də yüksək səviyyədə qorunub saxlanır.
M.Qurbanlı mübadilə görüşünün keçirilməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına sədrliyi dövründə bir neçə tədbirlərə ev sahibliyi edib və edəcək: "Bu tədbir isə mübadilə görüşləri arasında sayca 7-cidir. Azərbaycanda konfessiyaların azad şəraiti hamı tərəfindən etiraf olunur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, icmalar azad şəkildə fəaliyyət göstərir. AŞ-dən gələn nümayəndələr Azərbaycanda dinlər, dini icmalarla bağlı vəziyyət barədə müsbət fikirdədirlər".