UNİCEF-dən Cavid Məmmədovla bağlı açıqlama Hadisə

UNİCEF-dən Cavid Məmmədovla bağlı açıqlama

"Bütün dünyada uşaqlara qarşı zorakılığın əleyhinəyik"

UNİCEF-in Bakı nümayəndəliyi 15 yaşlı Azərbaycan vətəndaşı, Tərtər rayon sakini Cavid Məmmədovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinə münasibət bildirib.
Nümayəndəlikdən APA-ya bildiriblər ki, UNİCEF bütün dünyada uşaqlara qarşı zorakılığın əleyhinədir.
Beynəlxalq təşkilat sözügedən məsələdə də uşaq hüquqlarının və beynəlxalq konvensiyaların əsas tutulmasını vacib hesab edir: "Lakin UNİCEF bu işə cəlb olunmayıb. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Cavid Məmmədovun məsələsi ilə məşğul olur və bu istiqamətdə göstərilən səylər nəticə verəcək".