
Abel Məhərrəmov BDU-nun narazı tələbələri ilə görüşəcək
Dünən Bakı Dövlət Universitetində (BDU) tələbələr aksiya keçirməyə cəhd ediblər. APA-nın məlumatına görə, BDU-nun bir qrup tələbəsi imtahanlarda yaranan akademik borclara görə 28 manat ödənilməsi tələbinə etiraz ediblər.
BDU-nun rektoru Abel Məhərrəmov tələbələrin qarşısına çıxıb. A. Məhərrəmov tələbələrə bildirib ki, fevralın 21-də saat 12:00-da universitetdə onlarla görüşəcək. Görüşdə tələbələrin fikirləri dinləniləcək. "İştirak etmək və əlavə məlumat almaq istəyən bütün jurnalistlər də həmin görüşdə iştirak edə bilərlər", - deyə rektor bildirib.
Daha sonra aksiya cəhdinin qarşısı polis tərəfindən alınıb, saxlanılanların olduğu bildirilir. Yasamal Rayon Polis İdarəsindən isə APA-ya BDU-da aksiyaya cəhdin edildiyi barədə onlarda məlumatın olmadığını deyiblər.