Xameneyi: ABŞ üçün Yaxın Şərqdə təhlükəsiz yer qalmayacaq Gündəm

Xameneyi: ABŞ üçün Yaxın Şərqdə təhlükəsiz yer qalmayacaq

ABŞ bundan sonra Yaxın Şərq ölkələrindən regiondakı hərbi bazaları üçün qalxan kimi istifadə edə bilməyəcək və özünə bircə dənə də olsun təhlükəsiz yer tapmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu İranın ali lideri ayətullah Müctəba Xameneyi bəyan edib.

"Bir şey şübhəsizdir — zamanın əqrəbləri geriyə dönməyəcək, regionun xalqları və ölkələri artıq Amerika bazaları üçün qalxan olmayacaqlar. ABŞ-ın regionda öz intriqaları və hərbi bazaları üçün təhlükəsiz yerinin qalmaması ilə yanaşı, onlar hər ötən gün mövqelərini daha da itirirlər", — deyə o, öz yazılı müraciətində qeyd edib.

Xameneyi bütün müsəlman ölkələrini bütün problemləri birlikdə həll etmək üçün "dostluğa, əməkdaşlığa və qarşılıqlı dəstəyə" çağırıb.

Məryəm Quliyeva