28 Avqust 14:41
28 Avqust 13:48
Əlcəzairdə son 24 saatda baş verən 174 yanğından 64-ü davam edir
Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi: Özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır -MÜSAHİBƏ
İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb
26 May 12:04
4 774
“ABŞ-ın Ukraynaya hərbi yardımının ləngiməsi müharibənin gedişinə həm hərbi, həm də siyasi baxımdan ciddi təsir göstərə bilər”.
Bunu politoloq Elman Telmanoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər və sursat tədarükündə yaranan gecikmələr Ukraynanın müdafiə imkanlarını zəiflədə bilər:
“Bu, ilk növbədə enerji infrastrukturu və strateji obyektlərin qorunmasını çətinləşdirir. Nəticədə cəbhə xəttində Rusiyanın taktiki üstünlük əldə etmək imkanları artır. Hazırkı mərhələdə Ukraynanın ən böyük ehtiyaclarından biri fasiləsiz silah və texniki dəstəyin təmin olunmasıdır.Vaşinqtondan gələn yardımın tempinin azalması Moskvanın həm hərbi, həm də informasiya siyasətində istifadə etdiyi əsas arqumentlərdən birinə çevrilə bilər.
Rusiya Qərbdə Ukrayna məsələsi ilə bağlı yorğunluğun yarandığını nümayiş etdirməyə çalışır. ABŞ-dakı daxili siyasi proseslər və yardım paketləri ətrafında yaranan müzakirələr də Kremlin bu təbliğatını gücləndirən amillər kimi təqdim olunur”.
Elman Telmanoğlu vurğulayıb ki, Avropa ölkələri Kiyevə dəstəyi davam etdirməyə çalışsalar da, ABŞ-ın NATO daxilindəki rolu və strateji çəkisi həlledici olaraq qalır:
“Vaşinqtonun Ukrayna siyasətində atacağı addımlar təkcə döyüş meydanındakı vəziyyətə deyil, ümumilikdə Avro-Atlantik təhlükəsizlik sisteminin gələcək balansına təsir göstərəcək. Buna görə ABŞ-dan gələn hər hansı gecikmə həm cəbhədə, həm də geosiyasi müstəvidə ciddi nəticələr doğura bilər”.
Günel Elxan
28 Avqust 17:35
1 204
28 Avqust 14:41
1 302
28 Avqust 13:48
1 442