“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
26 May 10:53
2 156
İşğaldan azad olunmuş ərazilərə, o cümlədən Xocavənd rayonuna qayıdan keçmiş məcburi köçkünlərin məskunlaşması və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Xocavənd sakinləri APA-nın Qarabağ bürosuna bildiriblər ki, doğma torpaqlarda yaşamaq onların ən böyük arzularının reallaşmasıdır.
Onların sözlərinə görə, ərazidə infrastruktur tədricən bərpa olunur, sosial obyektlər yaradılır, məktəb fəaliyyətə başlayıb, tibb müəssisələrinin də yaxın zamanda istifadəyə verilməsi gözlənilir. Eyni zamanda, məşğulluğun təmin olunması istiqamətində də işlər görülür.
Xocavənd şəhərinə köçən ailələrdən biri də Mustafayevlər ailəsidir. Ailə üzvləri Qarabağa qayıdışın sevincini bölüşərək, burada yaradılan şəraitdən razı qaldıqlarını və artıq gələcək həyatlarını doğma yurdlarında davam etdirmək istədiklərini bildiriblər.
Sakinlər vurğulayırlar ki, şəhərdə həyat tədricən canlanır, uşaqlar məktəbdə təhsil alır, insanlar isə gündəlik həyatlarını doğma torpaqlarında qururlar.
Ümumilikdə, Xocavənddə həyata keçirilən işlər nəticəsində ərazilər tədricən əvvəlki görkəmini alır və daimi yaşayış üçün zəruri şərait formalaşır.



