İsrail Livanın şərqini bombaladı: Azı 14 ölü Dünya

İsrail Livanın şərqini bombaladı: Azı 14 ölü

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın şərqindəki Məşğərə şəhəri yaxınlığında şiə "Hizbullah" qruplaşmasının istinadgahına hücum edib, nəticədə azı 14 nəfər öldürülüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumat TASS agentliyinə daxil olan fövqəladə hallar qərargahının hesabatında yer alıb.

"Düşmən təyyarələri şəhərin özünə və ətrafına bir neçə zərbə endirib. Xilasedicilər dağıntıların təmizlənməsini davam etdirirlər, qurbanların sayı artma bilər", — deyə mətndə qeyd olunur.

Livanın cənubunda isə İsrail hərbi aviasiyası səhər saatlarından etibarən Dəyr-Zəhrani, Kavtariyə-Ruz, Kafra, Məcdəl-Silm və Sərifə yaşayış məntəqələrinə hava hücumları təşkil edib. Oradakı ölü və yaralılar barədə hələlik məlumat daxil olmayıb.

Məryəm Quliyeva