Fazil Mustafadan maraqlı təklif Hadisə

Fazil Mustafadan maraqlı təklif

"Sərhəd-keçid nöqtələrində Miqrasiya Xidmətinin məntəqələri yaradılsın"

"Sərhəd -keçid nöqtələrində Miqrasiya Xidmətinin məntəqəsi yaradılsın". Belə bir təkliflə millət vəkili Fazil Mustafa dünən Milli Məclisin İnsan haqları komitəsinin iclasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, ölkəyə gələn vətəndaşların heç də hamısı ölkədə qaldığı müddətlə bağlı məlumata malik deyil: "Bir çox hallarda isə elektron vasitəsi ilə gönədərilən sənədlər Miqrasiya Xidməti tərəfindən qeydə alınmır və bu da sonda ciddi problemlər yaradır. Ona görə də yaranmış vəziyytədən çıxış yolu kimi sərhəd keçid məntəqələrində Miqrasiya Xidmət Məntəqəsinin yaradılmasını təklif edirəm. Belə ki, ölkəyə gələn şəxs 3 gündən artıq qalacağı təqdirdə buradan qeydiyyatdan keçməlidir və probelm bununla da həllini tapmalıdır. Bu yolla həm bu problem birdəfəlik öz həllini tapar, həm də gəlib-gedənlərin işi asanlaşar."
Komitənin digər üzvü Yevda Abramova da bu təlkifi dəstəkləyərək İsrail təcrübəsini misal çəkib. O bildirib ki, bu ölkəyə gələn şəxsə 3 ay müddətinə qalmaq hüququ verilir. Ümumiyyətlə 3 gün ərzində qeydiyyatdan keçmənin düzgün olmadığını və bu müddətin artırılmasını təklif etdi. Y.Abramov digər bir məsələdn narahatlığlını dilə gətirərək deyib ki, qanunda qeydiyyatdan keçmə pulsuz olsa da, indi Miqrasiya Xidmətindən qeydiyyatdan keçənlərdən 6 manat pul alırlar.