AP-də müzakirələri kimlər təşkil edir? Hadisə

AP-də müzakirələri kimlər təşkil edir?

Niyaməddin Orduxanlı: "Burada Azərbaycan dövlətini sevməyən qüvələrində böyük marağı var"

Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr keçirilməsi nəzərdə tutulub. Artıq Azərbaycan tərəfi kermənipərəst qüvvələrin təbliğatına reaksiya verib. Millət vəkili Elxan Süleymanov isə qurumun rəhbərliyinə və parlamentarilərə müraciət ünvanlayıb. Azərbaycanda hesab edirlər ki, bu qəbildən olan müzakirələr Azərbaycana təzyiq məqsədilə həyata keçirilən məqsədyönlü kampaniyadır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrin müavini Niyaməddin Orduxanlının qənaətinə görə, təkcə Avropa Parlamentində deyil, digər təşkilatlarda də Azərbaycanla bağlı həmişə çalışıblar ki, bu cür metodlara əl atmaqla Azərbaycana "təzyiq" yolunu tutsunlar: "Azərbaycanı ittiham etdikləri məsələr bizim qonşu ölkələrdə mövcuddur, ancaq bizə qarşı tam ayrı seçkilik yolunu tuturlar. Konkret olaraq Gürcüstanda bu gun 100 dən artıq siyasi məhbusların olmasına dair müzakirələr gedir. Niyə bununla bağlı bu Avropa təşkilatları bir səsini çıxarmır? Ancaq bizdə konkret vətənə xəyanət ittihamı ilə həbs olunan şəxslə bağlı "səs-küy" qoparırlar?! Bu faktın özü onu göstərir ki, Azərbaycana qarşı qərəz var...
Heç də burda məqsəd mövcud problemi aradan qalrımaq deyil,
əksinə bundan sitifadə edib, ittiham irəli sürməkdir.
Düşünürəm ki, burada Azərbaycan dövlətini sevməyən qüvələrin də böyük marağı var".

Əli