Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45
13 İyul 22:45
30 May 2020 11:12
1 848
Laqodexi sərhəd keçid məntəqəsi vasitəsi ilə Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testi ediləcək.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxetiya departamentinin rəhbəri Neli Xizanişvili bildirib. Onun sözlərinə görə, sərhəd keçid məntəqəsinə gələn bütün yük maşını sürücüləri sürətli koronavirus testindən keçiriləcək. Bildirib ki, testin cavabı təxminən 90 dəqiqə ərzində bilinəcək, cavab mənfi olduqda sürücülər hərəkətə davam edə biləcəklər. Müsbət cavab alınan sürücülər isə xəstəxanaya yerləşdiriləcək.
Departament rəhbəri qeyd edib ki, Laqodexi gömrük keçid məntəqəsinin dörd işçisi testlərin aparılması ilə bağlı təlim keçiblər və onlar artıq fəaliyyətlərinə başlayıblar.
“Artıq ötən gün sərhəd keçid məntəqəsində 87 nümunə götürülüb və analiz üçün Luqar labaratoriyasına göndərilib. Analizlərin cavabı mənfi olub”,- deyə N. Xizanişvili bildirib.
13 İyul 19:58
1 239
13 İyul 19:02
1 386
13 İyul 15:36
1 267