TƏBİB: Şəxsin COVİD-19-dan öldüyünü qeyd etmək təklifi barədə məlumatlar tamamilə əsassızdır Hadisə

TƏBİB: Şəxsin COVİD-19-dan öldüyünü qeyd etmək təklifi barədə məlumatlar tamamilə əsassızdır

“Tibbi maskalardan düzgün istfiadə edilməməsi bizi də narahat edir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, sosial şəbəkələrdə bəzi şayiələr yayılır: “Guya hər hansı ölmüş şəxsə təcili tibbi yardım xidmətindən onların COVİD-19-dan ölməsi barədə təklif verilir. Bu, tamamilə əsassızdır, müvafiq qurumlar tərəfindən araşdırılıb. COVİD-19 diaqnozunun qoyulması üçün müvafiq elektron sistem var, bura müdaxilə mümkün deyil ”.