Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
12 İyun 2020 12:41
2 569
Azərbaycanda orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçirilir.
Virtual "Son zəng"də bütün bölgələrdəki məzunlar himn oxuyub. Eyni zamanda son 3 ayda “Dərs vaxtı”nda iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edirlər. Virtual “Son zəng” İctimai, “Mədəniyyət”, “ARB24”, “Real TV”, eləcə də Təhsil Nazirliyinin Facebook səhifəsində yayımlanır.
Bu tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb.
Qeyd edək ki, 2019/2020-ci tədris ilində XI sinfi bitirən şagirdlərin sayı 80646, IX sinfi bitirənlərin isə 119852 nəfərdir.
Xatırladaq ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur. Onlayn qaydada müxtəlif tədbirlər keçirilə bilər.
11 Sentyabr 20:57
770
11 Sentyabr 18:11
826
11 Sentyabr 17:09
868