“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırılıb
ƏƏSMN şöbə müdiri: Qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq
Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər
“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək
Lavrov: Rusiya və İran prezidentləri şimal-cənub dəhlizinin tikintisini ətraflı izləyirlər
20 İyun 2020 09:24
1 960
Təhsil Nazirliyi müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin iştirakçılarının keçid balları ilə bağlı bəzi suallarına aydınlıq gətirib.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə namizədlərin seçdiyi vakant yerlərin boş qalmasına baxmayaraq, həmin yerlərə namizədlərin yerləşdirilməməsi səbəbini açıqlayaraq bildirib ki, yerləşdirmələr zamanı ənənəvi keçid balları tətbiq edilir. Müvafiq keçid balı olmayan şəxslərin yerləşdirilməsi aparılmır.
Keçid balı toplamayanların vakansiya seçiminə hansı səbəbdən buraxılmasına gəldikdə, M.Camalzadə qeyd edib ki, yerdəyişmə müsabiqəsi zamanı 3 tip kontingentə artım əmsalı tətbiq edilir:
"Bəzən keçid balını toplamayan həmin şəxslərə artım əmsalı tətbiq edildikdən sonra, onlar da tələb olunan keçid balını əldə edirlər. Buna görə də keçid balı olmayan şəxslər də vakansiya seçə bilirlər. Bu qayda əvvəlki illərdə də tətbiq olunub və müraciətlər zamanı vətəndaşlara bu barədə xəbərdarlıq edilib. Qeyd edim ki, elektron ərizədəki 1.0 əmsalı namizədə artımın tətbiq edilmədiyini bildirir".
M.Camalzadə Bakı şəhərində (digər şəhər və qəsəbələrdə) yaşadığını sübut edən sənədləri elektron ərizəsində yükləyən namizədlərə müvafiq artım əmsalının hansı səbəbdən tətbiq edilmədiyini də açıqlayıb.
O qeyd edib ki, müvafiq artım əmsalı namizədin yalnız faktiki yaşadığı və ya qeydiyyatda olduğu həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi kənddə yerləşən məktəbə yerdəyişmə zamanı nəzərə alınır.