XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub
30 İyun 2020 19:36
4 347
Yüngül COVİD-19 xəstələrinin müalicəsi üçün lazım olan dərmanlar apteklərdə kifayət qədərdir.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, ölkədə həkim və tibb işçisi qıtlığı yoxdur: “Pandemiya gözlənilməz haldır. Heç bir ölkənin səhiyyə sistemi bu cür pandemiyaya hazır deyil. Ona görə də lazım olan avadanlıqları kənardan gətirmək mümkündür. Amma həkimləri xaricdən gətirmək mümkün deyil. Ona görə də bütün ölkələr məcburdur ki, öz kadrlarını təkmilləşdirsinlər. Sirr deyil ki, müalicəyə cəlb edilən bütün həkimlər infeksionist deyil. Müxtəlif ixtisaslı həkimlər COVİD-19-la vuruşur”.
N.Zeynalov bildirib ki, təcili tibbi yardım üçün həkim qəbulu elan edilib. Bu hazırkı işləri optimallaşdırmağa imkan verir.