3 Avqust 2020 12:24
2 037
Zaqatalanın iki kəndində içməli su təminatında problem yaranıb.
Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib. Qeyd olunub ki, yaranmış problemin aradan qaldırılması üçün işlər görülür:
"Hazırda Zaqatalada leysan yağışların yağması səbəbindən Tala çayında lillənmə baş verib. Bu səbəbdən də rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinin içməli su ilə təminatında problem yaranıb".