“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
25 Avqust 2020 13:13
2 128
Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Bunu açıqlamasında nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda hasara alınmış 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub: "Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb. Təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir”.
İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkür edib.
31 Mart 20:05
1 029
31 Mart 19:44
1 050
31 Mart 16:44
1 246