Bakıda kütləvi dava Hadisə

Bakıda kütləvi dava

Ölən və yaralananlar var

Bakıda gənclər arasında kütləvi dava olub. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "20 Yanvar" dairəsi yaxınlığında yerləşən "Günəş" kafesində qeydə alınıb.
Bir qrup gənc arasında düşən davada 4 nəfər - Rəsul Süleymanov, Tofiq Mehdiyerv, Səfər Qasımzadə və Sakit Qasımzadə bıçaqlanıb. R. Süleymanov aldığl xəsarətdən dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, noyabrın 1-də saat 02:40 radələrində, Yasamal rayonu M.Həsənov küçəsində baş vermiş münaqişə zamanı Bakı şəhər sakinləri - Rəsul Süleymanov ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda ölüb, Tofiq Mehdiyev kürək nahiyəsinin daxilə nüfuz edən xəsarətlə xəstəxanaya daxil olub.
Münaqişənin digər iştirakçıları Şirvan şəhər sakinləri - Sakit Qasımzadə və qardaşı Səfər Qasımzadə əl nahiyələrinin kəsilmiş xəsarətləri ilə Travmatologiya İnstitutuna daxil olublar.
Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 29-cu Polis Bölməsinin keçirdiyi əməliyyat –axtarış tədbirləri nəticəsində, hadisənin törədilməsində şübhəli bilinən Elvin Əhmədli saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində R.Suleymanovu qətlə yetirən, T.Mehdiyevə xəsarət yetirən Bakı şəhər sakini Sənan Zeynalov da müəyyən olunaraq tutulub.