Suriya Prezidenti İsraili qoşunlarını bufer zonadan çıxarmağa çağırıb Gündəm

Suriya Prezidenti İsraili qoşunlarını bufer zonadan çıxarmağa çağırıb

Suriya Prezidenti Əhməd əl-Şaraa İsrail rəhbərliyini, İsrail silahlı qüvvələrinin son reydindən sonra, ölkənin cənubundakı bufer zonadan qoşunlarını çıxarmağa çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ərəb respublikasının liderinə istinadən "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Söhbət ümumi sahəsi təxminən 235 kvadratkilometr olan ərazidən qoşunların çıxarılmasından gedir. Əl-Şaraa, həmçinin İsrail bölmələrinin bu zonadakı son hərəkətlərini pisləyib.

Məryəm Quliyeva