24 Sentyabr 2020 12:04
1 995
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 394 nəfərə çatıb.
APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək infeksiyaya yoluxanlardan 329 nəfər sağalıb, 63 nəfərin müalicəsi davam edir. 5 nəfərin vəziyyəti ağır, 7 nəfərin vəziyyəti isə orta ağırdır. 85 nəfər karantindədir.
İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.
17:35
777
10:31
1 183
14 İyul 21:57
1 666