Sabahın hava proqnozu açıqlanıb Hadisə

Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 20-də ölkə üzrə gözlənilən hava şəraitini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, gecə və səhər saatlarında duman olacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-15, gündüz 22-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Oktyabrın 20-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.