Niyaməddin Orduxanlının namizədliyi qeydə alındı Hadisə

Niyaməddin Orduxanlının namizədliyi qeydə alındı

"YAP və müxtəlif partiyaların namizədləri ilə yanaşı bitərəf şəxslər də namizədliyini irəli sürüb. Bu gün əsas mübarizəm YAP -ın namizədləri ilə olacaq. Rəqiblərim YAP-ın namizədləridir"

BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının bələdiyəyə namizədliyi təsdiq edilib. Bununla bağlı "Baymedia"-ya danışan BAXCP sədrinin müavini bildirib ki, bu gün 45 saylı Abşeron Dairə Seçki Komisiyasından məlumat veriblər:" Seçki məcəlləsinin tələb etdiyi bütün sənədləri təqdim etmişdim. Qanunda nəzərdə tutulan imzalar da toplanılmışdı. Artıq bu gün namizədliyimin təsdiq edildiyi ilə bağlı DSK-dan məlumat verdilər. Bu gündən etibarən təbliğat-təşviqat kampaniyasının başlanmasını gözləyəcəm. Namizədliyimi irəli sürdüyü dövrdə heç bir maneə və təzyiqlə rastalaşmadım. BAXCP-nin irəli sürdüyü namizədlərin heç birində də bu hal qeydə alınmayıb".
Niyamədddin Orduxanlı deyib ki, bu onun bələdiyyə seçkilərində dördüncü iştirakıdır: " Bu sahədə geniş təcrübəm var. İndiyə kimi 3 dəfə yaşadığım Abşeron rayonunun Mehdiabad qəsəbəsinin bələdiyyə seçkilərində iştirak etmişəm və hər üçündə də qalıb gəlmişəm. Mehdibad qəsəbəsinin 6000 seçicisi, 20 000 artıq əhalisi var."
Mehdiabad bələdiyyəsində namizədlərin irəli sürülməsində aktivlyin olduğunu bildirən sədr müavini bildirib ki, Mehdiabad bələdiyyəsi seçiləcək üzvülərin sayı 13 nəfər olacaq:" Bu səfər də namizədliyini isrəli sürən şəxslərin çoxdur. YAP və müxtəlif partiyaların namizədləri ilə yanaşı bitərəf şəxslər də namizədliyini irəli sürüb. Əsas mübarizəm YAP -ın namizədləri ilə olacaq. Rəqiblərim YAP-ın namizədləridir."