Azərbaycan Ordusunun əsgəri döyüş postunda şəhid olub Hadisə

Azərbaycan Ordusunun əsgəri döyüş postunda şəhid olub

Noyabrın 20-də saat 12:45-də erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olmuş əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.
Nazirliyin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!