Aydın Əliyev qəbul keçirəcək Hadisə

Aydın Əliyev qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 28-də saat 11:00-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində (İsmət Qayıbov 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, qəbul zamanı bölgədə yerləşən rayonların - Hacıqabul, Şirvan, Kürdəmir rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.