Xocavənd istiqamətində yaşayış evlərinin arasında gizlədilən “Tor-M2KM” ZRK darmadağın edilib - VİDEO Hadisə

Xocavənd istiqamətində yaşayış evlərinin arasında gizlədilən “Tor-M2KM” ZRK darmadağın edilib - VİDEO

Noyabrın 9-da saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.