

Daxili Qoşunların zabiti Qarabağ döyüşlərində şəhid olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.
Qeyd olunub ki, o, Xüsusi Təyinatlı Dəstənin (XTD) komandiri olub:
"DİN Daxili Qoşunlarının zabiti, Xüsusi Təyinatlı Dəstənin komandiri, mayor Qaflanov Şixamir Oruc oğlu Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub".