“İran Hörmüzü tamamilə bağlayacaq imkanlara malik deyil”
8 Sentyabr 19:09
8 Sentyabr 19:09
8 Sentyabr 15:01
9 Dekabr 2020 10:52
1 792
TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb.
Bu barədə qurumun sosial şəbəkədəki paylaşımında bildirilib.
“Əziz vətəndaşlar, dəyərli səhifə izləyiciləri!
Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımzda hiss etməyimizə səbəb olur.
Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.
Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir.
Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur.
#BizBirlikdəGüclüyük”, - paylaşımda qeyd edilib.
8 Sentyabr 22:11
644
8 Sentyabr 20:18
721
8 Sentyabr 18:10
728