Kreml Aİ liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatını şərh etməyib
Fitch Solutions: Azərbaycan enerji və geosiyasi üstünlüklərlə mövqelərini möhkəmləndirir
Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib
Amnistiya ilə cəzanın müddətindən asılı olmayaraq azad ediləcək şəxslərin dairəsi məlum olub
18 Dekabr 2020 11:24
1 617
Koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir. Bu baxımdan özəl sektor da koronavirusla mübarizəyə cəlb ediməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
M.Quliyev bildirib ki, özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb edilmlidir: “Bildirildi ki, hər bir koronavirus xəstəsinin müalicəsi dövlətə 100-150 manata başa gəlir. Özəl kilinikalarda xəstələrin müalicəsi üçün bu vəsaitin bir hissəsi sığorta vasitəsi ilə ödənilə bilər, bir hissəsini imkanı olan şəxs özü ödəyə bilər. Yəni imkanlı şəxslər özəl klinikalarda müalicə alsa digər xəstəxanalarda yerlər boşala və imkanı olmayan şəxslərin müalicəsi üçün istifadə oluna bilər”.
Komitə sədri həmçinin ölkəyə ekspress testlərinin gətirilməsini təklif edib. O qeyd edib ki, dünyada 300-ə qədər test növü var: “Sahibkarlara imkan vermək lazımdır ki, ölkəyə ekspress testlər gətirsinlər və insanlar bu testləri alıb evdə yoxlaya bilsinlər”.