Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
30 Dekabr 2020 12:02
2 723
Radikal müxalifət nümayəndələri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinə kölgə salmağa çalışırlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, həmin insanlar cəmiyyəti aldatmağa çalışırlar: “Adlarını çəkmək istəmədiyim bəzi partiyalar yalnış informasiyalar yayır, insanları aldatmağa çalışırlar. Özləri hərbi xdmətdə olmayan, əlində bir dəfə də olsun silah tutmayan adamlar gəlib qəribə fikirlər səsləndirirlər. Azərbaycan ordusu öz qüdrətini göstərərək torpaqlarımızı işğaldan azad edib. İndi yalan informasiyalarla insanları çaşdırmaq olmaz, bütün insanlar həqiqəti görür.
Qalibiyyətimizi həzm edə bilməyən radikal müxalifət ermənilərlə birləşib qələbəmizə kölgə salmağa çalışır. Ancaq onların bu çirkin niyyəti baş tutmayacaq”.
28 Mart 17:47
1 267
28 Mart 15:54
1 358
28 Mart 15:07
1 190