5 Yanvar 2021 13:31
1 624
"Smart Customs" tətbiqində və e.customs.gov.az portalında problemlər yaranıb.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən bildiriblər. Qeyd olunub ki, yaxın saatlarda nasazlıq aradan qaldırılacaq:
"Hörmətli vətəndaşlar! “Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində texniki problemlər yaranıb. Hazırda mütəxəssilər tərəfindən müvafiq tədbirlər görülür və yaxın saatlarda problem aradan qaldırılacaq. Yaranan müvəqqəti çətinliyə görə üzr istəyirik".
12 Mart 21:36
994
12 Mart 18:17
1 246
12 Mart 16:03
1 155