“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
27 Yanvar 2021 11:50
2 051
Orta məktəblərdə keçirilən qiymətləndirmə prosesinin imtahan adlandırılması düzgün deyil, bunlar fərqli anlayışlardır, bu ifadələr işlədilərkən buna diqqət yetirilməlidir.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, imtahan sözünün mənfi yükü var: “Kimin günahıdır bilmirəm, bəlkə də müəllimlərin üzündən şagirdlər imtahana stress kimi baxırlar. Biz imtahan sözündən imtina etmişik, qiymətləndirmə işlədirik. Biz öyrəndiklərimizi qiymətləndirməliyik. Bunun üçün məktəblərdə qiymətləndirmələr keçirilir”.
V.Yaqublu deyib ki, şagirdlərə pandemiya dövründə güzəşt edilməsindənsə, onların daha çox öyrənməsinə çalışmaq lazımdır: “Biz elə etməliyik ki, onlar daha çox öyrənsinlər. Bunun üçün şərait yaradılmalıdır”.
13 Mart 19:49
1 316
13 Mart 19:48
1 260
13 Mart 18:15
1 302