"Azercell Biznes" korporativ müştərilər üçün yeni limitsiz internet təqdim edib Hadisə

"Azercell Biznes" korporativ müştərilər üçün yeni limitsiz internet təqdim edib

Mobil internetə günbəgün artan tələbatı nəzərə alan “Azercell Biznes”korporativ abunəçiləri üçün ölkədə ilk dəfə tamamilə limitsiz internet trafikinə malik unikal təklifi təqdim edir.

Korporativ abunəçilərin biznes ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan yeni “GigaMax” limitsiz internet paketləri sizə yüksək sürətlə və minimal gecikmə təminatı ilə internetdən istifadə etməyə, iri həcmli faylları yükləməyə və endirməyə, eləcə də, video-konfranslar keçirməyə imkan verir. Limitsiz İnternet paketləri trafikin həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən əlavə xərcsiz sadə və bəlli ödənişlə internetdən faydalanmaq deməkdir.

Ölkədə ilk dəfə “Azercell Biznes” tərəfindən təqdim olunan bu yeni məhsul mobil internetə olan fərqli tələblərin təminatı məqsədilə abunəçilərə 3 növ internet paketində təklif olunur:

“GigaMax” – sürəti 1Mbps qədər olan sərfəli və limitsiz internet paketi abunəçilərə aylıq cəmi 9.90 AZN-ə təklif olunur. Bu paket rahat şəkildə internetdə müxtəlif axtarışlar, onlayn yazışma proqramları, elektron poçtun idarə olunması və internetlə bağlı digər əsas biznes ehtiyaclarının qarşılanması üçün ideal seçimdir.

“GigaMax+” istənilən yerdə daima ünsiyyətdə olmaq və işinizə nəzarət etmək üçün güvənə biləcəyiniz limitsiz internet paketidir. Bu paket aylıq cəmi 19,90 AZN ödəməklə sizə 5Mbps sürətə qədər internetdən faydalanmaq imkanı verir. “GigaMax+” müxtəlif iri həcmli faylların paylaşması və yüklənməsi, eləcə də, biznes səhifənizin sosial şəbəkələrdə idarə olunması üçün çox əlverişlidir.

“GigaMax Pro” – işinizin bütün tələblərini tam qarşılayan maksimal sürətli limitsiz internet paketi ayda cəmi 49,90 AZN müqabilində sizi ən yüksək sürətli və limitsiz internetlə təmin edir. Bu paket daxilində korporativ abunəçilər işlərinin uğuru üçün mobil internetin verdiyi bütün imkanlardan istənilən qədər yararlana bilər.

İndi “Azercell Biznes”in korporativ abunəçiləri özünə uyğun Limitsiz İnternet paketini seçərək yüklənən data həcmini düşünmədən sərhədsiz internet imkanlarından maksimum yararlanacaq. Belə ki, internetlə bağlı məhdudiyyətlərin olmaması sizə trafikin həcmi ilə bağlı heç bir narahatlıq keçirmədən mobil internet xərclərinə nəzarət etməklə işinizi rahat şəkildə idarə etmək imkanı verəcək.

“GigaMax” limitsiz internet paketlərini seçməklə “Azercell Biznes” abunəçiləri öz bizneslərinin daha da rəqəmsallaşmasına səmərəli və effektiv şəkildə dəstək verə biləcəklər.