Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
17 Fevral 2021 09:52
1 470
Magistraturaya qəbul imtahanının çətinlik dərəcəsi əvvəlki illərdən fərqli olmayacaq.
Bunu Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Rövşən Əsədov bu il magistraturaya qəbul imtahanlarında məntiqi təfəkkürü yoxlayan testlərin çətinləşəcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, kitabdakı test tapşırıqlarının hamısı yeni olduğu üçün əvvəlki illərin nəşrləri ilə imtahana hazırlaşan tələbələrdə çaşqınlıq yaradıb.
Bu çaşqınlığa bir əsas görməyən R.Əsədov qeyd edib ki, "Məntiqi təfəkkürü yoxlayan testlər" adlı vəsaitin bundan əvvəlki sonuncu nəşri 2015-ci ildə olub:
"Təbii ki, bu yaxınlarda nəşr olunan sonuncu vəsait əvvəlkindən bir qədər fərqlənir. Lakin bu, heç də o demək deyil ki, imtahanda istifadə olunan materiallar sırf yeni nəşr olunan kitab əsasında müəyyənləşdiriləcək. Bu kitab sadəcə olaraq, təhsilin növbəti pilləsinə - magistraturaya qəbul olmaq istəyənlər üçün test imtahanına hazırlaşmaq üçün bir vasitədir".
28 Mart 17:47
1 239
28 Mart 15:54
1 316
28 Mart 15:07
1 169