Gürcüstan və Ermənistan XİN rəhbərləri regional sülhün vacibliyini müzakirə ediblər
ABŞ Ukraynada döyüşləri dayandırmağı əsas maraq kimi müəyyənləşdirib
Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB
Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub
EHİS-də kommersiya hüquqi şəxsləri üzrə birbaşa qeydiyyata alınan məlumatlar müəyyənləşib
5 Mart 2021 09:45
1 785
Azərbaycanda kibertəhlükəsizlik mütəxəssisləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə “Kompüter insidentlərinə qarşı mübarizə qrupları (CSIRT) və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq üçün standart əməliyyat prosedurlarının inkişafı” mövzusunda virtual tədbir təşkil olunub.
“APA-Economics”in məlumatına görə, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Avropa İttifaqı və Avropa Şurasının birgə icra etdiyi “CyberEast and CyberSecurity EAST” layihələri çərçivəsində keçirilir.
Martın 3-dən 5-dək keçirilən görüşdə kibercinayətlər və elektron sübutlar sahəsində beynəlxalq mütəxəssislər, kibertəhlükəsizlik və CSIRT üzrə beynəlxalq ekspertlər iştirak edir.
Tədbirdə təcrübə mübadiləsi məqsədilə informativ və interaktiv virtual sual-cavab sessiyaları və müzakirələr aparılır.
Qeyd edək ki, Azərbaycanda CERT xidmətləri fəaliyyət göstərir. Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti əhalinin, özəl və digər qurumların kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görən Milli CERT funksiyasını həyata keçirir. Xidmətin cert.az rəsmi saytında baş vermiş insidentlərlə bağlı müraciətlərin operativ qəbulu üçün “Kibertəhlükəsizlik insidentini bildir” (cert.az/report_cyber) elektron müraciət forması mövcuddur.