Bu gündən Azərbaycanda yeni 100 manatlıq əskinaslar tədavülə buraxılır
Yardımlıda arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid şəhər qalıqları tapılıb - FOTO
Mikayıl Cabbarov: Baş Qərvənd layihəsi Azərbaycan-Slovakiya tərəfdaşlığının uğurlu nümunəsidir
Netanyahu senator Lindsi Qremin dəfnində iştirak etmək üçün ABŞ-yə gedəcək
10 Mart 2021 12:29
2 121
Moskvada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin adına musiqi müsabiqəsi keçirilib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Moskvanın Qara Qarayev adına uşaq musiqi məktəbi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə fevral-mart aylarında təşkil olunan müsabiqənin məqsədi istedadlı gənc musiqiçiləri, parlaq pedaqoji əsərləri müəyyənləşdirmək və təşviq etmək, eyni zamanda, Qara Qarayevin yaradıcılığını geniş auditoriya arasında məşhurlaşdırmaqdır.
Bu il müsabiqə ilk dəfə onlayn formatda keçirilib. Müsabiqənin bu cür formatda keçirilməsi Rusiyada və onun hüdudlarından kənarda yerləşən orta və ali musiqi müəssisələrinin tələbələri üçün bu tədbirdə fəal iştirak etmək imkanı yaradaraq, iştirakçıların dairəsini genişləndirməyə imkan verib. Müsabiqənin bu formatda keçirilməsi ideyası pandemiya ilə bağlı yaranmış vəziyyətin uğurlu həlli olub. Belə ki, imkanların çox məhdud olmasına baxmayaraq, müsabiqə bir çox ifaçıları maraqlandırıb. Bu isə öz növbəsində tədris, pedaqoji və konsert repertuarının genişlənməsinə, müəllim və şagirdlərin XX əsrin musiqi klassikləri ilə tanışlığına kömək edib.
10:31
854
14 İyul 21:57
1 519
14 İyul 20:21
1 211