Dövlət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik
Pekindən Qərbə sərt cavab: "İrana peyk kəşfiyyatı verməmişik"
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib
“Su basmasına meyilli ərazilərdə risklərin azaldılması üçün konkret tədbirlər planı hazırlanmalıdır”
15 Mart 2021 14:13
2 282
Sumqayıtda 3 ay əvvəl itkin düşən şəxsin meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Belə ki, qəsəbə ərazisində olan yeraltı sığınacaqlardan birinə baxış zamanı orada kişi meyiti aşkar edilib.
Aparılan araşdırma zamanı meyiti tapılan şəxsin, 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlu olması müəyyən olunub. Meyitin yanmış vəziyyətdə olduğu bildirilir. Mərhumun meyiti müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, X. Əmirov ötən ilin dekabrın 18-dən itkin düşüb.