Aksiyaya görə məktəbin direktoru vəzifəsindən kənarlaşdırıldı Hadisə

Aksiyaya görə məktəbin direktoru vəzifəsindən kənarlaşdırıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar məlumat yayıb.
İdarədən "Trend"ə bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdə olublar. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Qeyd olunur ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır: "118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və allahdan rəhmət diləyirik".
Qeyd edək ki, Bakıda orta məktəblərdən birində məktəb direktorunun fəaliyyətindən narazılıq bildirilib.
Qeyd edək ki, ötən gün səhər saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi sakinləri səhər saatlarında 118 saylı orta məktəbin qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb valideyn və şagirdlərin məktəb direktorunun fəaliyyətindən narazı olması olub.
Hazırda faktla bağlı araşdırma aparılır.