Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
6 Aprel 2021 15:21
1 351
Pandemiya şəraiti ilə əlaqədar olaraq, fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında həyata keçirilir. Bu müddət ərzində 100-ə yaxın vətəndaş videoqəbulda iştirak edib.
Nazirlikdən verilən məlumata görə, videoqəbulda qeyd olunan müraciətlərin bir qismi operativ olaraq yerində həllini tapıb, digər müraciətlərlə bağlı məsələlərin həlli üzrə isə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Videoqəbulların təşkilində əsas məqsəd mövcud pandemiya şəraitində vətəndaşların təhlükəsiz şəraitdə qəbulunu təmin etmək, vətəndaşların qəbulu sahəsində əlçatanlığın təmin edilməsi və vətəndaş məmnuniyyətinin artırılmasıdır.
Videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 iyun 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb.
25 Sentyabr 18:21
1 470
25 Sentyabr 17:17
1 239
25 Sentyabr 17:16
1 162