 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 7 Aprel  2021 14:28
7 Aprel  2021 14:28 1 365
1 365
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də daxil olduğu Lancet COVİD-19 Komissiyası BMT-də fəaliyyət göstərən nümayəndəliklərin rəhbərləri ilə birgə Komissiyanın fəaliyyəti ilə bağlı veb-konfrans təşkil edilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası, ABŞ, Rusiya, Çin Xalq Respublikası, Rumınya, Pakistan səfirlərinində çıxış etdiyi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Həm-Sədrləri xanım Vaira Vike-Freiberga, Latviyanın sabiq Prezidenti, cənab İsmail Serageldin, Dünya Bankının sabiq Vitse-Prezidenti, Rövşən Muradov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi iştirak ediblər.
Dünyanın tanınmış şəxslərinin daxil olduğu Lancet COVİD-19 Komissiyasına BMT Baş Katibinin xüsusi müşaviri Prof. Jeffrey Sachs rəhbərlik edir.
Lancet COVID-19 Komissiyası, pandemiyaya qarşı qlobal, bərabər və davamlı həll yollarının sürətləndirilməsinə kömək etmək məqsədi ilə yaradılıb.
Komissiyanın işi dörd əsas mövzudan ibarətdir:
Epidemiyanın ən yaxşı şəkildə necə yatırılması barədə tövsiyələr.
Pandemiyadan qaynaqlanan humanitar böhranlara toxunmaq.
Pandemiya nəticəsində yaranan maliyyə və iqtisadi böhranların aradan qaldırılması.
Hərtərəfli, ədalətli və davamlı bir dünyanın yenidən qurulması.
Komissiyanın işi, peyvəndin hazırlanmasından, humanitar yardım strategiyasına, təhlükəsiz iş yerlərinə, qlobal iqtisadi bərpa səviyyəsinə qədər bir neçə İş Qrupu tərəfindən dəstəklənməkdədir.
Lancet COVİD-19 Komissiyasına The Lancet; Center for Sustainable Development, Earth Institute of Colombia University; Sustainable Development Solutions Network; The Rockefeller Foundation və Nizami Ganjavi International Center daxildir.
 31 Oktyabr 20:55
31 Oktyabr 20:55 973
973 31 Oktyabr 19:15
31 Oktyabr 19:15 1 057
1 057 31 Oktyabr 18:26
31 Oktyabr 18:26 1 078
1 078 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    