08:22
322
İran nümayəndə heyəti Nyu-Yorkda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən IRNA agentliyi məlumat yayıb.
"İran nümayəndə heyətinin gündəliyində Amerika tərəfi ilə yeni danışıqlar raundunun keçirilməsi bəndi yoxdur və xarici işlər naziri nəzərdə tutulan tədbirlər başa çatdıqdan sonra çərşənbə axşamı vətənə qayıdacaq", - deyə mənbə bildirib.
O qeyd edib ki, Tehranın mövqeyi ötən çərşənbə axşamı Qətər vasitəçisi vasitəsilə Amerika tərəfinin diqqətinə çatdırılıb və "İran Amerika tərəfindən cavab gözləyir".
Məryəm Quliyeva