 
                
                
                
             
                
                
                
             
                
                29 Oktyabr 23:45
 
                
                29 Oktyabr 23:30
 13 Aprel  2021 09:57
13 Aprel  2021 09:57 2 541
2 541
2021-ci ilin I rübündə vətəndaş müraciətləri ilə bağlı Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, daxil olan zənglərin 577-i elektrik enerjisi təchizatı, 160-ı qaz təchizatı, 79-u sayğacların quraşdırılması, 14-ü istilik sistemi, 314-ü isə digər məsələləri əhatə edib. 42 zəng təşəkkür xarakterli, 6-sı isə Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı olub.
Bu dövrdə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Qeyd edək ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) “974” Çağrı Mərkəzi, (012) 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.
 29 Oktyabr 17:16
29 Oktyabr 17:16 945
945 29 Oktyabr 15:14
29 Oktyabr 15:14 1 204
1 204 29 Oktyabr 14:26
29 Oktyabr 14:26 1 204
1 204 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    