“Azərbaycan öz milli maraqları əsasında hərtərəfli diplomatik münasibətlərə malikdir”
XİN: İran atəşkəsin pozulmasına cavab vermək üzrə idi, Pakistan araya girdi
Müdafiə naziri: Hizbullah atəşkəs üçün yalvarır, İran atəş açacağı təqdirdə, İsrail cavab verəcək
Meşələrin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib
14 Aprel 2021 09:10
2 331
Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qılıncbəyli kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.