“Zərifə xanım Azərbaycanın səhiyyəsində silinməz iz buraxıb” Hadisə

“Zərifə xanım Azərbaycanın səhiyyəsində silinməz iz buraxıb”

“Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Zərifə xanımın keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən Azərbaycan qadını üçün mənəviyyat və kamillik məktəbidir. Zərifə xanım Əliyeva özünün gözəl insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı idi. O, çox qayğıkeş ana olub və xalqımıza möhtərəm Prezidentimiz İlham Əliyev kimi layiqli oğul yetişdirib”.
Milli Məclisin deputatı Fatma Yıldırım belə deyib.
Akademik Zərifə Əliyevanın şərəfli həyat yolundan danışan millət vəkili qəlblərə, gözlərə nur gətirən Zərifə xanımın elm sahəsində də çox böyük nailiyyətlərə sahib olduğunu söyləyib:
“Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən alim olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi”.
Deputat bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, fədakarlığı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.
“Biz bu gün bir daha Zərifə xanımı böyük ehtiramla yad edirik. Onun layiqli şəxsiyyət olaraq yetişdirdiyi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları gündən-günə möhkəmlənməkdədir. Cənab prezidentin səyləri nəticəsində Azərbaycan daha da qüdrətli, qalib bir ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər sonrası, xalqımız hər fürsətdə “Sizi dünyaya gətirən, böyüdən Anaya halal olsun” fikirlərini səsləndirirlər. Əminəm ki, bu gün Azərbaycan xalqının öz liderinə göstərdiyi bu sevgini görən Zərifə xanımın ruhu şaddır”,-deyə Fatma Yıldırım vurğulayıb.

“Modern”